SON DƏQİQƏ
» » Polisdən şok əməliyyat: Tutulan qız görün kimdir

Polisdən şok əməliyyat: Tutulan qız görün kimdir

Tarix:

16-07-2021, 08:13

/ 2 118 dəfə oxundu.
Polisdən şok əməliyyat: Tutulan qız görün kimdir

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə və "patı”, "şüşə” kimi tanınan psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

 GunAz.az-ın verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi "VAZ 2106” markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Keçirilən baxış zamanı Fatimə Babayevanın əlində olan idman çantasının içərisində ayrı-ayrı plastik qablarda 8 kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram "patı”, "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, 270 qram qurudulmuş marixuana, 1 ədəd bıçağa bənzər kəsici alət aşkarlanaraq götürülüb. 
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə edib və Bakıya gətirməklə satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər. 
Saxlanılan Fatimə Babayeva deyir ki, ona "patı” veriləcəyini bilirmiş: "Mənə təklif eləyib. Biləsuvara gəlib, buradan külli miqdarda narkotik vasitə götürüb Bakı şəhərinə aparıb, orada yerbəyer eləmək üçün gəlmişəm. Heroin və "patı” olacağını mənə deyib. Razılaşıb, maşına oturub gəlmişəm”. 
Saxlanılan Nicat Tağıyev də məsələdən xəbərdar olub: "Mən, Alim, bir də Fatimə adlı bir xanım tanışımla gəlib Biləsuvar rayonuna, bizə "patı” adlı narkotik vasitə verəcəkdilər. Çatdıq deyilən yerə, düşdük Fatimə ilə maşından, malı götürdük, gedəndə polis əməkdaşları bizi tutdu”.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ