SON DƏQİQƏ
» » Polietilen torbalarla bağlı nazirlik rəsmisindən açıqlama

Polietilen torbalarla bağlı nazirlik rəsmisindən açıqlama

Tarix:

14-07-2021, 20:10

/ 4 350 dəfə oxundu.
Polietilen torbalarla bağlı nazirlik rəsmisindən açıqlama

Xarici ölkələrdə 15 mikrondan yuxarı olan polietilen torbalar təhlükəli, daha şəffaf olan torbalar isə təhlükəsiz sayılır və müştərilərə satılır. Bizdə isə bununla bağlı absurd qərar qəbul edilib”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Qurum sədri qeyd edib ki, məsələ ilə bağlı verilən qərara yenidən baxılmasına ehtiyacı var:

"Qərara görə ölkədə 15 mikrona olana qədər olan polietilen  torbaların satışı qadağandır. Belə çıxır ki, ən nazik torbalar daha təhlükəlidir, nəinki qalınları. Bu, paradoksdur. Şəxsən özüm MDB  ölkələrində olarkən müşahidə etmişəm ki, nazik şəffaf torbalar satılır, ondan daha qalın olanlar isə təhlükəli sayılır. Bizdə isə tərsinədir. Heç cürə bu fikirlə razı deyiləm. Niyə bu cür səhv qərar verilməsini hələ də anlaya bilmirəm”.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən etibarən ölkədə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunub. Bununla bağlı qərarda bildirilib ki, qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Buna görə də  qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağandır. Bununla bağlı qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin nümayəndəsi Mehman Nəbiyev AİB-nin sədri Eyyub Hüseynovun iddiasına bu cür cavab verdi:

"Məlumdur ki, plastik qablaşdırma tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu tullantıların içərisində polietilen torbalar xüsusi yer tutur. Avropa İttifaqının direktivinə görə polietilen torbalar çox yüngül çəkili (qalınlığı 15 mikrona qədər olan) və yüngül çəkili (qalınlığı 15-50 mikron olan) olmaqla qruplaşdırılır. Çox yüngül çəkili polietilen torbalar (pinqvinlər) təbiətə düşdükdən sonra onları geri yığmaq iqtisadi cəhətdən səmərəli deyil.

Bir dəfə istifadə üçün nəzərdə tutulmuş bu məhsullar təkrar emala yararlı olmadığı üçün ətraf mühitin çirklənməsində rolu daha çoxdur. Bu səbəblə həmin məhsulların beynəlxalq təcrübədə olduğu kimi məhdudlaşdırılması, azaldılması istiqamətində tədbirlər görülür. Əvəzində isə ətraf mühitə ziyan verməyən materialdan hazırlanan qab və torbalardan istifadə nəzərdə tutulur. Məsələn, bir neçə dəfə istifadə olunan qablar, parça, kağız, bioplastik torbalar var ki, təbiətdə çox tez parçalanır.

Bir çox ölkələrdə yüngül və çox yüngül çəkili polietilen torbaların məhdudlaşdırılması, qadağan olunması, ödənişli olması və hətta belə torbaların satışına görə əlavə vergilərin tətbiq olunması ilə ətraf mühitin qorunması hədəflənir.

Ölkəmizdə də həm beynəlxalq təcrübə, həm yerli şərait nəzərə alınmaqla bir dəfə istifadə üçün nəzərdə tutulmuş polietilen torbaların bəziləri (pinqvinlər) qadağan olunub, yüngül çəkili polietilen torbaların isə marketlərdə pullu satışı ilə bağlı qərar qəbul edilib.

Bu qərarların qəbul olunmasında məqsəd ətraf mühitin çirklənməsində daha çox paya malik plastiklərin əvəzində onların alternativlərinin istehsalının və idxalının təşviq olunmasıdır".

скачать dle 12.1

Şərhlər