SON DƏQİQƏ

Qurban Bayramında toy etmək olar?

Tarix:

14-07-2021, 18:06

/ 4 196 dəfə oxundu.
Qurban Bayramında toy etmək olar?

Dinimizdə Qurban bayramında toy keçirmək qadağan olunmayıb. İslam dini matəm olmayan istənilən gün toy keçirilməsinə qarşı deyil. Qurban bayramı günü də toyların keçirilməsi normaldır.

Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Qurban bayramı və Məhərrəmlik ayında toyların keçirilə biləcəyi haqda danışarkən deyib.

Hacı Şahinin sözlərinə görə, Qurban bayramı günü keçirilən toylarda bəzi nüanslara diqqət etmək lazımdır:

"Qurban bayramı günü keçirilən toylarda dinimizin qadağan etdiyi, haram buyurulan təamlar və spirtli içkilər olmamalıdır. Ümumiyyətlə, bu təkcə Qurban və ya hansısa müqəddəs bayramla əlaqədar deyil. Spirtli içkilərdən istifadə hər bir halda günahdır və dinimizdə qadağadır.

Düşünürəm, dini bayramlar zamanı insanlar bu kimi məsələlərə xüsusilə hörmətlə yanaşmalıdır. Adətən Qurban bayramı günü insanların bir çoxu məhz digər haram buyurulan təamları yeyib, spirtli içki içməməsi üçün toy təşkil etmir”.

İlahiyyatçı Məhərrəmlik ayı ərzində toyların keçirilə bilməsi ilə bağlı da danışıb:

"Məhərrəmlik ayında toyların keçirilməsi məsələsi ümumilikdə şəriətdə "olar-olmaz” kateqoriyasına aid deyil. Bu, mənəvi mövzudur. Məsələni belə anlamaq lazımdır ki, xalq matəm keçirirsə, şadlıq mərasimindən imtina edilir. Yəni bu, dini məsələ deyil, mənəvi bir seçimdir. Məhərrəmlik ayı zamanı da xalqımız peyğəmbər və onun ailəsinə xatir şənlik-toy keçirməkdən çəkinir, əksər hallarda da etmir. Düşünürəm ki, bu il də bütün çətinliklərə baxmayaraq, insanlarımız Məhərrəmlikdə toy keçirməyəcək. Təbii ki, bu tövsiyə xarakterlidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ