SON DƏQİQƏ
» » Vətən uğrunda şəhid olanların xatirəsi necə əbədiləşdiriləcək?

Vətən uğrunda şəhid olanların xatirəsi necə əbədiləşdiriləcək?

Tarix:

12-07-2021, 20:46

/ 4 108 dəfə oxundu.
Vətən uğrunda şəhid olanların xatirəsi necə əbədiləşdiriləcək?

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

 

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Beləliklə, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

 

Qüvvədə olan qanuna görə, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilir.

скачать dle 12.1

Şərhlər