SON DƏQİQƏ
» » Qarabağdakı erməni əsgərlərini kimlər himayə edir?

Qarabağdakı erməni əsgərlərini kimlər himayə edir?

Tarix:

9-07-2021, 14:21

/ 3 563 dəfə oxundu.
Qarabağdakı erməni əsgərlərini kimlər himayə edir?

Rusiya sülhməramlıları açıq şəkildə 10 noyabr bəyanatının müvafiq bəndini pozur. Əgər sülhməramlılar müvəqqəti olaraq yerləşdikləri ərazilərdə ermənilərin silahlanması və gərginlik yaratmasının qarşısını ala bilməyəcəksə, o zaman Qarabağda nə işləri var? 10 noyabr bəyanatının əsas müddəalarında biri məhz erməni silahlılarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması idi.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, bu gün Qarabağda hələ də atəşkəsin pozulması halından danışırıqsa, o zaman rus sülhməramlılarana ehtiyac yoxdur:

"10 noyabr bəyanatına əsasən, rus sülhməramlıların Qarabağda yerləşməsi ilə buradakı erməni separatçıları ərazini tərk etməli idi. Lakin az qala müharibənin ildönümünü qeyd etdiyimiz bir vaxtda biz hələ də ərazidə silahlı ermənilərin ordumuza atəş açdığının şahidi oluruq. Belə çıxır ki, rus sülhməramlıları Qarabağda erməniləri silahlandıraraq gərginliyi özləri yaradır. Bunun başqa izahı ola bilməz.

İstənilən halda rəsmi Bakı prosesə sərt reaksiya verməlidir. Azərbaycanın bu gün güclü ordusu da, hüququ da var ki, Xankəndidə antiterror əməliyyatı keçirsin. Bununla belə biz hələ ki, prosesin beynəlxalq hüquq çərçivəsində dinc yolla həllindən yanayıq”.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ