SON DƏQİQƏ
» » Еrmənilər və havadarları hələ də öz məkirli niyyətlərindən əl çəkmir

Еrmənilər və havadarları hələ də öz məkirli niyyətlərindən əl çəkmir

Tarix:

8-07-2021, 14:16

/ 3 480 dəfə oxundu.
Еrmənilər və havadarları hələ də öz məkirli niyyətlərindən əl çəkmir


Partiya sədri: «Еrmənilər hələ də başa düşmürlər ki, başqalarının əlində öz məkirli niyyətlərinə çatmaq üçün alətdirlə

«Azərbaycanın öz əzəli və əbədi torpaqlarını erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı 44 günlük Vətən мüharibəsinə son qoyan və bununla da erməni faşistlərini tam və qəti məğlubiyyətdən xilas edən, onların son nəfərlərinə qədər Azərbaycan torpaqlarından qovulmasının qarşısını alan 10 noyabr üçtərəfli razılaşmaсынdan 8 ay keçməsinəbaxmayaraq ermənilər və onların havadarları hələ də öz məkirli niyyətlərindən əl çəkməyiblər». Bunu «Azad Azərbaycan» qəzetinə Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğludeyib.

Onun sözlərinə görə, qeyd edilən üçtərəfli razılaşmanın baş memarı olan Rusiya hələ də onun əsas müddəalarının (erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycanlı köçkünlərin öz doğma yurdlarına qaytarılması, Zəngəzur dəhlizinin açılması üşün əməli, konkret tədbirlərin görülməsi) yerinə yetirilməsinə hərtərəfli mane olur. Ruslar əksinə, bütün qüvvəsi ilə sepаratçı rejimin санки dirçəlməsinə kömək edir, erməniləri, eləcə də, əvvəllər bu ərazilərdə yaşamayanları, müxtəlif yollarla Dağlıq Qarabağın hələ də "sülhməramlıların” nəzarəti altında olan ərazilərinə köçürür, hərtərəfli yardımlar edir. Bu azmış kimi, bu prosesə digər xristian dövlətlərini, xüsusilə də, qatı türk düşməni olan Fransanı cəlb etmək istəyir».

Partiya sədri qeyd edib ki,KİV-də yayılan məlumatlara görə Rusiya пrezidenti fransız həmkarı Makronla telefon danışığında, Qarabağda hərbi əməliyyatlardan "əziyyət” çəkmişrayonların əhalisinin humanitar problemlərinin həllindəavropalı tərədaşların, xüsusən dəFransanın daha sıx iştirakının zəruri olduğunu deyib, onu ermənilərə hərtəfli yardım etməyə dəvət edib (!?). Məhz Rusiyanın əməldə üçtərəfli razılaşmaya məhəl qoymamasının, ermənilərə hərtərəfli dəstək verməsinin nəticəsidir ki, bu gün ermənilər hələ də revanşizm mövqeyindən çıxış etməkdə davam edirlər. Onlar qondarma "Arsaxın” statusundan dəm vуrur, sərhəddə təxribat törətməkdən çəkinmirlər. Ermənilərin Zəngəzur dəhlizinin açlmasına imkan verməyəcəkləri, sülh sazişini imzalamayacaqları barədə çərənləyirlər. Məhz Rusiyanın əməldəanti-Azərbaycan mövqe sərgiləməsi, uzun müddət torpaqlarımızı işğal altında saxlmaq üçün ermənilərdən bir vasitə kimi istifadə etməyə cəhd etməsinin nəticəsidir ki, bundan ruhlanan Ermənistanın XİN-i vəzifəsinə namizəd Ruben Rubinyan "Bakı Qarabağ xalqının iradəsinə əsaslanan Dağlıq Qarabağın statusunu tanıyacağı təqdirdə Ermənistan məmnuniyyətlə Azərbaycanla bu sənədi imzalayacaq” deməyə cəsarət edir. Bu azmış kimi Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan "Xankəndini, İrəvan kimi, erməni paytaxtına çevirmək lazımdır” deyə söyləyirlər».

T.Qəniоğlu əlavə edib ki,Rusiyanın bütün vasitələrdən istifadə edərək "sülhməramlı” adı altında Azərbaycanda uzun müddət qalmaq, bəzi Qərb dövlətlərinin, xüsusiləFransanın Cənubi Qafqaza nüfuz etmək, bu ərazilərdə "söz sahibi olmaq” istəyi haradasa "başadüşüləndir”: «Bəs bu, sözün həqiqi mənasında bədbəxt, ələbaxım, yaltaq ermənilərə nə vəd edir? Bu bədbəxtlər hələ də başa düşmürlər ki, başqalarının əlində öz məkirli niyyətlərinə çatmaq üçün alətdirlər. Başa düşmürlər ki, onların gələcək taleyi Rusiyadan, Fransadan, digər türk düşməni olan xristian dövlətlərindən deyil, məhz Azərbaycandan, Türkiyədən, onlarla mehriban qonşuluq münasibətlərindən asılıdır. Ermənilərin regionda yaranmış mövcud reallıqdan xəbərləri yoxdur. Yoxsa havadarlarına arxalanaraq bu reallığı qəbul etmək istəmirlər. Ermənilər başa düşmürlər ki, öz məkirli niyyətlərindən əl çəkməsələr onları daha acınacaqlı tale gözləyir və heç kim onları Azərbaycanın "dəmir yumruğundan” xilas etməyəcək». 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ