SON DƏQİQƏ
» » Təhsil İdarəsindən işə qəbul müsabiqəsi ilə bağlı açıqlama

Təhsil İdarəsindən işə qəbul müsabiqəsi ilə bağlı açıqlama

Tarix:

7-07-2021, 23:08

/ 1 359 dəfə oxundu.
Təhsil İdarəsindən işə qəbul müsabiqəsi ilə bağlı açıqlama

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən GunAz.az-a verilən məlumata görə, idarə tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin "Şəxsi kabinet”inə göndərilib.

Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.

Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ