
Xırdalan şəhərinin Səttar Bəhlulzadə küçəsinə baxan AAAF İnşaat MMC-yə məxsus çoxmərtəbəli binaların zirzəmilərində qazıntı işləri aparılır, təsdiqlənmiş lahiyələrdə olmayan qapılar, pəncərələr açılır.
Bina sakinlərinin verdiyi məlumata görə, binalar çökmə təhlükəsi ilə üz-üzədir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Abşeron rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli bildirib ki, həmin ərazi AAAF İnşaat MMC-nin tabeliyində olduğuna görə Abşeron İH binaların istisamarına məsuliyyət daşımır.
AAAF İnşaat MMC-nin mətbuat katibi Kənan Məstəliyev isə şirkət binaların tikilib-satılması ilə məşğul olur:
"Bina sahibinin ərazidə qazıntı işləri aparması məsələsinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cavabdehdir”.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyeva bildirib ki, hazırda həmin binaları FHN nəzarətə götürüb:
"Ərazidə söküntü işləri nəzarətimizlə dayandırılıb. Artıq bərpa işləri aparılır. Yaxın günlərdə ictimaiyyətə məsələ ilə bağlı geniş açıqlama veriləcək”.



























