SON DƏQİQƏ

Metroda gediş haqqı qaldırılacaq?

Tarix:

1-07-2021, 13:14

/ 4 366 dəfə oxundu.
Metroda gediş haqqı qaldırılacaq?

Bakı Metropoliteni QSC-nin ötən gün 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurması barədə yaydığı açıqlama metroda gediş haqqının qalxması ehtimalını gücləndirir.

Müzakirələrə aydınlıq gətirən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qurumun gediş haqqının tənzimlənməsi ilə bağlı qərar vermək səlahiyyəti yoxdur:

"Bu, yalnız Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Metropoliten bununla bağlı Tarif Şurasına müraciət etməyib. Ümumən, Bakı Metropoliteni QSC fəaliyyətinin maliyyə hesabatını ictimaiyyətə açıqladığı kimi, mütləq qaydada aidiyyəti dövlət strukturlarına, o cümlədən Tarif Şurasına da təqdim edir”.

скачать dle 12.1

Şərhlər