SON DƏQİQƏ

Erməni əsirə Bakıda necə davranıblar?

Tarix:

25-06-2021, 16:04

/ 4 183 dəfə oxundu.
Erməni əsirə Bakıda necə davranıblar?

Bir müddət öncə Azərbaycanın əsirliyində olan erməni hərbçi Erik Xaçatryan açıqlama verib.

"Armlur” saytına danışan Xaçatryan əsir düşənə qədər 43 gün Hadrutda gizləndiklərini bildirib.

"Biz 43 gün ərzində gizlənirdik, damda idik. Onlar qalxanda bizi gördülər. Əsir götürüb, dərhal Bakıya apardılar”, - o deyib.

Əsirlikdə ona qarşı münasibətin normal olduğunu bildirən Xaçatryan Bakıda olduqları müddət hətta kitab oxuduqlarını da bildirib.

Xaçatryan Azərbaycandakı həbsxanada əlaqədə olduğu bütün yoldaşların artıq Ermənistanda olduğunu vurğulayıb.

скачать dle 12.1

Şərhlər