SON DƏQİQƏ

İyunun 28-də avtobuslar işləyəcək? - RƏSMİ

Tarix:

25-06-2021, 10:19

/ 3 225 dəfə oxundu.
İyunun 28-də avtobuslar işləyəcək? - RƏSMİ

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.


скачать dle 12.1

Şərhlər