SON DƏQİQƏ

Bu avtobusdan istifadə edənlərin nəzərinə

Tarix:

24-06-2021, 14:49

/ 4 194 dəfə oxundu.
Bu avtobusdan istifadə edənlərin nəzərinə

Bakının marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, nağdsız ödəniş sisteminə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətlidir. Bakı Karta inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımada təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

Sabahdan 108B nömrəli marşrut xətti (metronun "Azadlıq prospekti” stansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kartla ödəniləcək.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi üzrə "28 May” küçəsi, 269A., Cəfər Cabbarlı küçəsi 5, Binəqədi rayonu üzrə isə Azadlıq prospekti, 104, A.Hüseynov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu ünvanlarındakı OBA marketlərdə Bakı Kart balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ