SON DƏQİQƏ

İntihar edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:

24-06-2021, 10:50

/ 3 658 dəfə oxundu.
İntihar edən gənclə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq iki gün öncə "Azure” biznes mərkəzində intihar edən gənclə bağlı açıqlama yayıb.

İyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi "Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən "Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

 

Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

Qeyd edək ki, həmin şirkətdə mühasib işləyən E.Məmmədov intihar etmədən öncə məktub yazıb.

Məktubda qeyd edilir: "Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ