SON DƏQİQƏ
» » Bakı küçələrinə dollar səpən idmançı barədə qərar verildi

Bakı küçələrinə dollar səpən idmançı barədə qərar verildi

Tarix:

18-06-2021, 12:55

/ 4 138 dəfə oxundu.
Bakı küçələrinə dollar səpən idmançı barədə qərar verildi

Tanınmış cüdoçu, uzun müddət Azərbaycan yığmasının üzvü olmuş və müxtəlif titullar qazanmış Elmar Qasımovun küçəyə dollar səpməsini əks etdirən görüntülər birmənalı qarşılanmayıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti açıqlama yayaraq Elmar Qasımovun intizamsızlığı ilə bağlı ona dəfələrlə xəbərdarlıq edildiyini və idmançının yığmann heyətindən artıq kənarlaşdırıldığını bildirib:

"Elmar Qasımov Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, instaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ