SON DƏQİQƏ
» » Əlilliklə bağlı XƏBƏR VAR- QAYDALAR DƏYİŞDİ

Əlilliklə bağlı XƏBƏR VAR- QAYDALAR DƏYİŞDİ

Tarix:

18-06-2021, 12:46

/ 3 617 dəfə oxundu.
Əlilliklə bağlı XƏBƏR VAR- QAYDALAR DƏYİŞDİ

Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılacaq.

Bununla bağlı "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə bildirilir.

 

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb.

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklif olunur.

Sənəd Milli Məclisin iclasında müzakirə ediləcək.

скачать dle 12.1

Şərhlər