SON DƏQİQƏ
» » Sənədsiz evlər bu hallarda qazlaşdırıla bilər

Sənədsiz evlər bu hallarda qazlaşdırıla bilər

Tarix:

18-06-2021, 09:38

/ 3 483 dəfə oxundu.
Sənədsiz evlər bu hallarda qazlaşdırıla bilər

Sənaye təyinatlı torpaqlarda yerləşən evlərin qazlaşdırılması ilə bağlı problem birmənalı olaraq ərazinin təyinatı dəyişdikdən sonra həll oluna bilər.

Bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, bu məsələ Nazirlər Kabineti səviyyəsində həll olunmalıdır:

"Yerli icra hakimiyəti torpaqların təyinatının dəyişməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edir. Onlar da müraciəti Nazirlər Kabinetinə yönləndirir. Eyni zamanda, qeyd edim ki, ölkə Prezidentinin bütün qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırığı var. Yəqin ki, sənaye təyinatlı torpaqlarda yaşayanlar üçün də başqa bir qərar qəbul ediləcək. Onların köçürülməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, qeydiyyata alınması barədə bir qərar olmalıdır. Düşünürəm ki, yerli icra orqanları bu prosesi sürətləndirməlidirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ