SON DƏQİQƏ

Bu məhsulları almaq istəyənlərin nəzərinə

Tarix:

16-06-2021, 19:54

/ 4 426 dəfə oxundu.
Bu məhsulları almaq istəyənlərin nəzərinə

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı zamanı onlayn satışlara üstünlük verilməlidir.

Bu barədə "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.

 

Sənədə əsasən, kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir.

Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.

Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələrlə təmin olunmalıdır.

Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır.

Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir.

İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

скачать dle 12.1

Şərhlər