SON DƏQİQƏ

Qənirə Paşayeva qazilərlə görüşdü

Tarix:

12-06-2021, 21:47

/ 1 626 dəfə oxundu.
Qənirə Paşayeva qazilərlə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb.

GunAz.az xəbər verir ki, millət vəkili qazilərin Milli Kulinariya Assosasiyasının üzvü olaraq öz işlərinə sevgi və peşəkarlıqla yanaşdığı kimi, Vətən çağırınca da silaha sarılıb torpaqlarımızın azad olunması uğrunda döyüşlərə atıldığını minnətdarlıqla qeyd edib:

"Siz, öz bilik, bacarıq və bütün digər imkanlarınızla Vətən uğrunda döyüşlərə atılmış, fədakarlıqla döyüşmüsünü̈z. Sizin şəhid olan cəbhə yoldaşlarınız olub, onların, bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, sizlərə mülki həyatda uğurlar diləyirəm. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevincinizi bölüşür, sizlərə təbrik və təşəkkürlərimi yetirirəm. Sizin kimi vətəncanlı gənclərimizlə hər zaman qürur duyacağıq.

Ulu Tanrıya çox şükürlər olsun, şəhid cəbhə yoldaşlarınızın qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm".

Q.Paşayeva qazilərə üzəri Azərbaycan bayrağı işləmli qol saatı və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər