SON DƏQİQƏ

Abel Məhərrəmovdan 800 minlik borc qalmaqalına AÇIQLAMA

Tarix:10-06-2021, 16:36 Oxunub:3 921

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun bağ evində, restoranında və istirahət mərkəzində ustaları işlədərək 800 min manat pulu ödəməməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Dünən mediada yayılan xəbərlərdə qeyd edilib ki, məhkəmə A.Məhərrəmova qarşı iddianı təmin edib və keçmiş rektorun 800 min manatı ödəməli olduğu barədə qərar çıxarıb

 

A.Əfəndiyev bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: "Biz çıxış edərək iddiaya etirazımızı bildirdik və arqumentlərimizlə bağlı müvəkkilimin razılığı olmadan geniş açıqlama verə bilmərəm. Hakim zalda iddianın rədd edildiyini elan etdi və sənədlərə də bu formada qeyd edilib”.

İddiaya görə, hakim zalda A.Məhərrəmovun əleyhinə qərar qəbul edildiyini bildirsə də, sonradan qərar dəyişdirilib.

Vəkil Əfəndiyev bildirib ki, belə bir halın baş verməsi mümkün deyil və yalandır.

Məhkəmə işi üzrə A.Məhərrəmovla yanaşı Nəbi Ramazanlı adlı şəxs də cavabdeh kimi prosesə cəlb edilib.

Vətəndaş İsmixan Mirzəyevin iddiasına görə, Abel Məhərrəmov Bakıda 4 mərtəbəli villanın pilləkənin, mansardın, qapıların, şəbəkənin (reşyotkanın), "besedka”nın, barın hazırlanması və quraşdırılmasına görə 90 300 manat borclu qalıb.

Sabiq rektora məxsus "Mona Liza” şadlıq sarayında görülən təmir işlərinə görə 55 min manat borc yaranıb. Abel Məhərrəmovun Mərdəkan qəsəbəsindəki bağ evində və Şərifzadə küçəsindəki "Qlobus” bağçasında görülən işlərə görə 65 min borcu qalıb. Xaçmazın Nabran qəsəbəsindəki "El Faro” ailəvi istirahət və əyləncə mərkəzində görülən 186 000 manatlıq işin pulunu ödəməyib.

Yekunda Abel Məhərrəmovun ustalara 800 min manatdan artıq borcu olduğu iddia edilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<