SON DƏQİQƏ

Ramiz Əzizbəyli harada dəfn olunacaq?

Tarix:

10-06-2021, 11:05

/ 4 229 dəfə oxundu.
Ramiz Əzizbəyli harada dəfn olunacaq?

Koronavirusdan dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəylinin nəşi Semoşka xəstəxanasındadır.

"Əmimin nəşi hələlik xəstəxanadadır. Harada dəfn edilməsi ilə bağlı Mədəniyyət Nazirliyindən cavab gözləyirik. Son günlərdə heç bir çarə olmadı, həkimlər əllərindən gələni etdilər. Artıq bir həftəyə yaxın idi huşu özündə deyildi. Heç kimi tanımırdı, aparatdan ayırırdılar, amma huşu özünə gəlmirdi. Yenidən aparata qoşurdular.

Son günlər orqanlarının çoxu cavab vermirdi. Koronavirusa yoluxduqdan sonra xəstəxanada infarkt keçirdi. Şəkəri 430-a qalxmışdı. Üç dəfə insult keçirib, neçə illərdir ki, xəstəliklərlə mübarizə aparırdı. Özünün də, bizim də sağalacağına çox böyük ümidimiz var idi. Amma ümidlərimiz puç oldu.

Xəstəliyinin ilk günlərində normal idi, sonra pisləşməyə başladı. Nəfəs alması çətinləşdi. Ona görə palatadan reanimasiya şöbəsinə yerləşdirdilər. Ötən gün axşam saatlarında dünyasını dəyişdi. Şəkər xəstəsi olduğu üçün risk qrupunda idi".

Nurlan Əzizbəyli koronavirusa yoluxan xalq artistinin qızı Xədicə Əzizbəylinin səhhətinin yaxşı olduğunu deyib:

"Qızı da koronavirusa yoluxmuşdu, o, sağalıb. Artıq evdədir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ