SON DƏQİQƏ

Bu gündən icazə verilir-BU ŞƏRTLƏRLƏ

Tarix:

10-06-2021, 08:00

/ 3 412 dəfə oxundu.
Bu gündən icazə verilir-BU ŞƏRTLƏRLƏ

Bu gündən çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Müvafiq qurumlar əhalini çimərliklərdə olarkən sosial məsafə saxlamağa, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etməyə çağırıb. 

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən may ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Qeyd olunub ki, hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

Həmçinin Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Dıgər qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı qaydalara əsasən, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ