SON DƏQİQƏ

Uşağı olan valideynlərin DİQQƏTİNƏ

Tarix:

7-06-2021, 12:35

/ 4 289 dəfə oxundu.
Uşağı olan valideynlərin DİQQƏTİNƏ

Son illər uşaqlarda şəkərli diabet xəstəliyi sürətlə artır.

Bunu açıqlamasında tibb üzrə fəlsəfə doktoru, dosent Gündüz Əhmədov deyib.

Həkim bildirib ki, bu xəstəliyin yaranmasının səbəblərindən biri irsi, genetik faktordur:

"Kimin ailəsində şəkər xəstəsi varsa, artıq o, həmin xəstəliyin daşıyıcısıdır. Bu da nə vaxtsa nəsildə özünü büruzə verməlidir. 1997-ci ildə aparılan araşdırma zamanı 15 uşaqda şəkər xəstəliyi aşkarlanıb. Bu rəqəm 2007-ci ildə 74, 2020-ci ildə isə 255-ə qalxıb. Say artımının başlıca səbəbi uşaqlarda psixoloji gərginliyin olmasıdır. Diabetli oğlan uşaqları qızlardan daha çoxdur. Qız uşaqlarında piylənmənin olması gələcəkdə döş vəzində onkoloji xəstəlik yarada, eləcə də ana olmaq qabiliyyətinə mənfi təsir göstərə bilər”.

G.Əhmədov qeyd edib ki, 12 yaşadək uşaqlarda piylənmənin qarşısını almaq üçün hansısa dərman vasitəsi yoxdur:

"Uşaqlar meyvə-tərəvəzdən çox istifadə etməlidir və yeməklərin arasındakı vaxtlarda onlara şirniyyat və digər un məmulatları verilməməlidir. Bu məsləhətlərə əməl olunsa, uşaqlarımızı gələcəkdə üzləşə biləcəkləri ağır xəstəliklərdən qorumaq mümkündür”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ