SON DƏQİQƏ
» » Kəlbəcərdəki mina partlayışında Rusiyanın da günahı var?

Kəlbəcərdəki mina partlayışında Rusiyanın da günahı var?

Tarix:

4-06-2021, 18:24

/ 4 219 dəfə oxundu.
Kəlbəcərdəki mina partlayışında Rusiyanın da günahı var?

"Kəlbəcərdə vətəndaşlarımızın minanın partlaması nəticəsində həlak olmasında Rusiyanın da günahı var”.

Bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iyunun 4-də 3 nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə nəticələnmiş mina partlayışı hadisəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, məhz Moskva Bakıdan xahiş etmişdi ki, Kəlbəcərin boşaldılması bir qədər yubadılsın, guya ermənilərin ərazini tərk etmələri üçün əlavə zamana ehtiyacları var.

"Biz ermənilərə zaman tanıdıq, onlar da bu zaman kəsiyində əraziyə minalar döşədilər. Dövlət strukturları hadisədən dərhal sonra bəyanat yayırlar, bu azdır, baş verən hadisəyə uyğun fəaliyyət planımızı da hazırlamalı və həmin planı reallaşdırmağa başlamalıyıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ