SON DƏQİQƏ

Velosiped sürənlərin diqqətinə- Artıq...

Tarix:

4-06-2021, 09:02

/ 3 441 dəfə oxundu.
Velosiped sürənlərin diqqətinə- Artıq...

Ölkəmizdə həm velosiped zolaqları, həm də velosiped yolları azdır. Yalnız görüntü üçün 100-200 metr velosiped zolaqları mövcuddur. Bakıda velosiped sürmək üçün yol və şərait demək olar ki, yoxdur. Ümumiyyətlə, bizdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə də maraq zəifdir.

Bu sözləri açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, velosipedi nəqliyyat vasitəsi kimi populyarlaşdırmaq üçün pararlel tədbirlər görmək lazımdır:

"Şəhərdə uyğun yerlərdə velosiped yolları və zolaqları salınmalıdır. Avtomobil sürücülərinə velosipedlə yanaşı hərəkət qaydaları öyrədilməlidir. Bu gün velosipedçilər kütləvi şəkildə yola çıxsalar, onların həyatı üçün ciddi təhlükə yaranacaq. Bu nəqliyyat vasitəsini məşhurlaşdırmaq üçün təbliğat-təşviqat işlərinə başlamalıyıq. Məsələn, məşhur şəxslərin, ictimai xadimlərin, dövlət məmurlarının velosipeddən nəqliyyat vasitəsi kimi mütəmadi istifadə etməsi ən yaxşı nümunə ola bilər. Bütün bunlar velosipedə marağı artırar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ