SON DƏQİQƏ
» » Fəxr olunası bir alim, ziyalı şəxsiyyət: Əhməd Qəşəmoğlu

Fəxr olunası bir alim, ziyalı şəxsiyyət: Əhməd Qəşəmoğlu

Tarix:

3-06-2021, 09:02

/ 2 707 dəfə oxundu.
Fəxr olunası bir alim, ziyalı şəxsiyyət: Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu müasir əsrimizdə öz sözünü demiş şairimizdir. Onun şeiriyyəti dərin hisslərlə doludur, bu dərinlik ona səmimiyyətindən, sadəliyindən gəlir, desək yanılmarıq!?. Şair üçün bu üstün cəhətdir, bəziləri bunu asan qazana bilmir, buna da təəssüf etmək gərək deyil. Çünki yuva könüldür, könül dolu olanda, zəngin olanda, səmimiyyət də doğulur öz-özünə.

Əhməd müəllimlə tanışlığım mərhum, istedadlı şairimiz Böyükkişi Heydərlinin "Səmasız buludlar" kitabına yazdığı ön sözdən başladı. ilk öncə. Uzun illər sonra, bir neçə il əvvəl real həyatda tanış olduq. Elmlər Akademiyasında onu gördüm, bu barədə söhbət etdim, hər ikimiz çox şad olduq. Əhməd müəllim insan kimi doğrudan mülayim, sadə adamdır. Şeirlərinə gəldikdə, onu deyim ki, bu şair elə-belə qələmə sarılmayıb, bu bir zərurətdir. Bəzi filosoflar heç nəyin təsadüf olmadığını deyir, təsadüfü inkar edir və haqlıdırlar əslində.

Əhməd Qəşəmoğlunun Nazim Hikmətə həsr etdiyi şeirlərdə bir dərinlik vardır, eləcə işıq-nur elementlərinin əsərlərindəki bədii obrazlı ifadəsində. Bu ona ilham qaynağından çox alimliyindən, təfəkküründən gəlir elə bilirəm. Çox şadam ki, belə bir insanla tanışam. Onun pedaqoji fəaliyyəti də məhsuldardır. Elmi muhazirələrini dinləmişəm, müasir tələblər səviyyəsində, aktual, ciddi müzakirələr edir.

Əhməd Qəşəmoğlu bir sosioloq kimi də, bir riyaziyyatçi kimi də dolu, zəngin adamdır. O, Azərbaycan elmində, poeziyasında bu günkü günümüzdə fəxr olunası bir alim, ziyalı şəxsiyyətdir.

 

Elsevər MƏSİMOV

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ