SON DƏQİQƏ
» » Nazirliyin mətbuat xidmətinin rəhbəri İSTEFA VERDİ

Nazirliyin mətbuat xidmətinin rəhbəri İSTEFA VERDİ

Tarix:

2-06-2021, 17:04

/ 3 428 dəfə oxundu.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İSTEFA VERDİ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

GunAz.az xəbər verir ki, hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.

Rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Onu bu postda Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyev əvəzləyəcək.

Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.

Bu barədə ilk xəbəri matc.az saytı yayıb.

Qeyd edək ki, o, 2007-ci ildən Gənclər və İdman Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Xatırladaq ki, aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Səmayə Məmmədova da Azad Rəhimovun gənclər və idman naziri vəzifəsinə təyin olunmasından sonra orada çalışmağa başlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ