SON DƏQİQƏ
» » “Ukraynanı NATO-ya üzv qəbul edin” - Zelenski BƏRK ƏSƏBLƏŞDİ

“Ukraynanı NATO-ya üzv qəbul edin” - Zelenski BƏRK ƏSƏBLƏŞDİ

Tarix:

7-05-2021, 10:29

/ 3 156 dəfə oxundu.
“Ukraynanı NATO-ya üzv qəbul edin” - Zelenski BƏRK ƏSƏBLƏŞDİ

"Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələri qarşısında məsələni qəti qoyub: "Ukraynanı NATO-ya üzv qəbul edin!”

Bu barədə GünAz.az -a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir bildirib. Onun sözlərinə görə, Zelenskinin fikrincə, NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır: "Zelenski haqlıdır! Ukraynanı illərdir NATO-nun qapısında gözlətdirirlər. Rusiya da bundan istifadə edərək Ukraynaya hərbi təzyiqi artırır. Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib. ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək göstərib. Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak Kiyevdə prezident Vladimir Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib. İndi qalır Fransa və Almaniyanı inandırmaq”.

Politoloq deyir ki, Paris və Berlin ikili oynayır, sözdə Ukraynaya dəstək ifadə edir, əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir və bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur.

Müşviq Tofiqoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ