SON DƏQİQƏ
» » Bayram ərəfəsində süni qiymət artımı var? - VİDEO

Bayram ərəfəsində süni qiymət artımı var? - VİDEO

Tarix:

20-03-2021, 18:09

/ 6 688 dəfə oxundu.
Bayram ərəfəsində süni qiymət artımı var? - VİDEO

Bayram ərəfəsində bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər intensivləşdirilib. Belə ki, əsassız qiymət artımının olub-olmaması araşdırılır.

Monitorinq zamanı sahibkarlara müştəri məmnuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran ərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicək.


скачать dle 12.1

Şərhlər