SON DƏQİQƏ
» » Erməni valideynlər övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR

Erməni valideynlər övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR

Tarix:

19-03-2021, 14:14

/ 6 136 dəfə oxundu.
Erməni valideynlər övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz formada hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri Ermənistan Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər.

GünAz.az bu barədə "Sputnik Armeniya” ya istinadən xəbər verir.

 

Aksiya iştirakçıları övladlarının hərbi xidməti vaxtından qabaq başa vuraraq Ermənistana qaytarılmasını tələb edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan aksiya iştirakçılarından ikisinin qəbul edib.

"Biz hələ ötən ilin noyabrında tələblərimizi irəli sürmüşük. İndiyədək məsələ öz həllini tapmayıb. Bizim uşaqlar bu yaxınlaradək müharibə olan yerdə xidmət edirlər. Bu ədalətsizlikdir”, – əsgər valideyni Tereza Qriqoryan bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ