SON DƏQİQƏ
» » Erməni valideynləri tələb edir: Qarabağa göndərməyin!

Erməni valideynləri tələb edir: Qarabağa göndərməyin!

Tarix:

25-02-2021, 12:30

/ 6 909 dəfə oxundu.
Erməni valideynləri tələb edir: Qarabağa göndərməyin!

Ermənistan Müdafiə Nazirliyi binası qarşısında Qarabağa qanunsuz olaraq xidmətə göndərilən onlarla əsgərin valideyni toplaşıb.

Onların bir qismi övladlarının Ermənistana geri çağırılmasını, digərləri isə ümumiyyətlə, övladlarını Qarabağa göndərməməyi tələb ediblər.

Bir müddət öncə Qarabağa getməkdən imtina edərək, hərbi hissələrdən qaçan əsgərlərin valideynləri də Müdafiə Nazirliyi qarşısına toplaşıblar. Fərari sayılan əsgərlərdən birinin anası kameralar qarşısında qışqıraraq, 44 günlük müharibənin dəhşətini görən əsgərlərə və valideynlərə hörmət edilməsini tələb edib:

"İstəmirəm ki, oğlum Qarabağda xidmət etsin. Qoy, hara göndərirlərsə göndərsinlər, amma bu, Ermənistanın sərhədləri daxilində olsun. Bizim uşaqları zorla maşınlara oturdub aparırlar. Bu bizim üçün qəbuledilməzdir”.

Qeyd edək ki, bundan öncə Ermənistanda bir qrup hərbçini daimi dislokasiya yerlərinə göndərən zaman hərbçilər və qohumları ilə Müdafiə Nazirliyinin rəsmiləri arasında toqquşma yaşanıb. Hərbi hissədə yaranan toqquşma zamanı bir sıra əsgərlər situasiyadan istifadə edərək, hərbi hissəni özbaşına tərk edərək qaçıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ