SON DƏQİQƏ
» » Şanlı zəfərə yol açan “44 günlük” müharibə başlandı

Şanlı zəfərə yol açan “44 günlük” müharibə başlandı

Tarix:

9-03-2021, 11:35

/ 4 107 dəfə oxundu.
Şanlı zəfərə yol açan “44 günlük” müharibə başlandı

Azərbaycan, mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Mən bu məqaləni ölməz şairimiz Məmməd Arazın Azərbaycan haqqında yazdığı gözəl bir şeirin ilk cümlələri ilə başladım. Azərbaycan zaman-zaman yadellilərin hücumlarına məruz qaldığı bir ölkə olmuşdur. Azərbaycan öz qonaqpərvərliyi və gözəl xüsusiyyətləri ilə seçilən bir ölkədir. Təbii ki, bu ölkənin üstünü tarix boyu qara buludlar almışdır. Ancaq mən bir o qədər uzaq tarixə varmaq istəmirəm. Bu məqaləni ikinci Qarabağ müharibəsi haqqında davam etmək istərdim. Hamımıza məlumdur ki, Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən mənfur qonşularımız 90-cı illərin əvvəllərində işğalçılıq siyasəti yürüdərək, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı və yeddi rayonumuzu işğal etdilər.Yenicə müstəqillik qazanmış Azərbaycan bütün bunlara dözdü. Azərbaycan 28 il ərzində səsini bütün dünyaya çatdırmaq istəsə də, heç bir nəticə olmadı. 2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandanın əmri ilə müzəffər ordumuz düşmən təxribatına cavab vermək və ərazi bütövlüyümüzü bərpa etmək üçün əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Yetər artıq bu dəxi zülmü cəhalət” dedik və ayağa qalxdıq. Ali Baş Komandanın bir sözü ilə Azərbaycanın cəsur oğulları, qartalları səfərbər oldular. Şanlı zəfərə yol açan "44 günlük” müharibə başlandı. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Vətən müharibəsində böyük qələbəmizdən yazarkən qeyd edilməsi vacib əməllərdən biri də Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğumuzdur.Vətən müharibəsində şücaət göstərən oğullarımız vətəni hər şeydən üstün tutaraq canlarından, qanlarından keçərək qələbə müjdəsini bizə yaşatdılar. Hərb tarixində misli görülməmiş döyüş taktikası göstərərək Azərbaycanın döyünən ürəyi olan mədəniyyət beşiyimiz Şuşanı işğalçılardan azad etdilər. Şuşanın azad olunması dünyanın hərb məktəblərindəki dərsliklərə salındı. Dünyada qalib ordunun əsgəri və qalib xalqın vətəndaşı olmaqdan qürurlu heç nə yoxdur. Mən fikrimi Ulu Öndərin sözləri ilə bitirmək istərdim.

"Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

 

 Zəminə Vəliyeva

Sabunçu rayon Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin tarix müəllimi 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ