
Xocalının işğalı ilə bu əsrdə bir daha insanlar ağla, xəyala gəlməyəcək zülmlərə şahid oldular. Qadın-kişi, yaşlı-cavan demədən minlərlə insan can verdi. Xocalıda yaşanılan qanlı hadisələr insanların ürəyini dağladı. Xocalı faciəsindən bu qədər zaman keçməsinə baxmayaraq o günləri görənlər hadisələrin təsirindən hələ də çıxa bilmirlər. O günlərin şahidləri o gün yaşanılan hadisələri danışmağa başlayanda, yanaqlarına süzülən yaşları saxlaya bilmədikləri kimi, dinləyənlər də özlərindən asılı olmayaraq ələm və kədərdən qurtula bilmirlər. Bu gün Xocalı itirilmiş Vətən, qeyb olunmuş səadət haqqında nağıldı.
Yaddaşsızlıq və genişqəlblilik həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salmış, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoymuşdur. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmayıb. 1905-ci ildə də qanlar töküldü. 1918-ci ildə də qanlar töküldü. Həmin fəsadları yaşadıq. 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Dədəmiz Qorqudun dili ilə desək, "Qan düşmən dost olmaz”, ona yalnız layiq olduğu cavabı vermək lazımdır. Xocalı faciəsi isə ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Bu bizim qan yaddaşımıza yazılan bir faciə oldu.
O gecə qan axdı suyun yerinə,
Xocalı inlədi sabaha qədər.
Dur deyən olmadı xain düşmənə,
Bir dəhşət içində açıldı səhər.
Xocalı faciəsi Varfolomey faciəsindən də dəhşətli ondan da müdhiş, ağrılı və acılıdır. Xocalımın faciə gecəsi elə bir dəhşətli gecədir ki, onu yalnız soyqırım hesab etmək olar. Soyqırım deyirik ona görə ki, yəni bəşəriyyətdə bundan dəhşətlisi yoxdur. Bu dəhşət əliyalın, günahsız camaata qarşı edilmişdir. Bu tək Xocalıya qarşı deyil, bütün türk dünyasına qarşı genosid idi. Bu həm də təkcə ermənilərlə bağlı olmayıb, türkçülüyə qarşı bütün ermənipərəst millətlərin birgə marafonu idi.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qaniçənləri ilə birlikdə keçmiş "şanlı” Sovet ordusunun 366-cı alayının tankları Xocalıya hücum edərək türk dünyasına qarşı simalarını bir daha göstərdi. Tarix belə vəhşilik, belə dəhşət görməmişdi. Ermənilər dinc əhalini, gəlini, qızı, qocanı, körpəni gülləyə tutur, qanına qəltan edir, körpə uşaqları süngüyə keçirir, hamilə qadınların qarşını deşir, ən ağlasığmaz vəhşilik və barbarlıqdan çəkinmirdilər. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti, ən müdhiş bir yaradır. Bu faciə bizim qan yaddaşımız, can yaddaşımızdır. Bu dərd bizi həmişə için-için sızladır və mənfur düşmənə qarşı intiqama səsləyir. İnanırıq ki, İlahi ədalət bir gün öz hökmünü verəcəkdir.