SON DƏQİQƏ
» » Moldovada saxlanılan azərbaycanlılarla bağlı rəsmi açıqlama

Moldovada saxlanılan azərbaycanlılarla bağlı rəsmi açıqlama

Tarix:

6-02-2021, 21:12

/ 1 421 dəfə oxundu.
Moldovada saxlanılan azərbaycanlılarla bağlı rəsmi açıqlama

Son 10 gündə Moldova ərazisində qanunsuz yaşayan Rusiya və Azərbaycan vətəndaşları Moldova Miqrasiya Xidməti tərəfindən saxlanılıblar. Ümumi sayı 3 nəfər olan saxlanılan şəxslərin 2-si Rusiya vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Moldovadakı səfirliyindən məlumat verilib.

"Vətəndaşımız ilə bağlı məsələ səfirliyin nəzarətinə götürülüb. Hazırda vətəndaşımız müvəqqəti saxlama məntəqəsindədir və onun Azərbaycana göndərilməsi üçün sənədləşdirmə işləri həyata keçirilir", - səfirlikdən qeyd olunub.

Səfirlik həmçinin bildirir ki, Moldovada daha əvvəl digər bir Azərbaycan vətəndaşı miqrasiya qaydalarının pozulması səbəbi ilə saxlanılıb. Saxlanılan Azərbaycan vətəndaşı ruhi-əsəb xəstəsi olduğu üçün o, müvafiq qaydada xəstəxanaya köçürülüb. Hazırda o, xəstəxanada müalicə alır. Yaxın günlərdə sözügedən hər iki vətəndaşımız Azərbaycana yola salınacaqlar.

Azərbaycan Respublikasının Moldovadakı səfirliyi bildirib ki, Moldova Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur və hər hansı məsələlərin həlli məhz bu çərçivədə və müvafiq qanunvericilik əsasında həll olunur.


скачать dle 12.1

Şərhlər