SON DƏQİQƏ

Qanunsuz gələn əcnəbilər saxlanıldı

Tarix:

28-02-2018, 15:40

/ 10 268 dəfə oxundu.
Qanunsuz gələn əcnəbilər saxlanıldı

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən Gunaz.az -a verilən məlumata görə, DMX-nin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı beş nəfər Hindistan, üç nəfər Pakistan, iki nəfər Banqladeş və bir nəfər Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən iki nəfər Pakistan və iki nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ