SON DƏQİQƏ
» » Vətən müharibəsi mövzusu qəbul imtahanına daxil edilib

Vətən müharibəsi mövzusu qəbul imtahanına daxil edilib

Tarix:

29-01-2021, 12:31

/ 5 870 dəfə oxundu.
Vətən müharibəsi mövzusu qəbul imtahanına daxil edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bəyan edib ki, qəbul imtahanları üçün bir sıra mövzular ixtisar edilib və tarix fənni üzrə proqrama isə "Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib.

DİM sədri mövzu ilə bağlı mətnin "Abituriyent” jurnalının ikinci sayında dərc olunacağını bildirib.

"Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də biz Vətən müharibəsinə aid mövzuların "Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə "Abituriyent” 2 jurnalında dərc edəcəyik", - deyə Məleykə Abbaszadə vurğulayıb. 


скачать dle 12.1

Şərhlər