SON DƏQİQƏ
» » XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

Tarix:

26-12-2020, 16:10

/ 5 791 dəfə oxundu.
XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Təqdimatlara hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda tvəsatət təmin edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilib və ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ