SON DƏQİQƏ

Hazırda Bakının bu yollarında tıxac var - BNA

Tarix:

12-11-2020, 19:56

/ 5 739 dəfə oxundu.
Hazırda Bakının bu yollarında tıxac var - BNA

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, 14 müxtəlif istiqamətdə sıxlıq mövcuddur. Onlar Bakı-Sumqayıt şossesi-20 Yanvar dairəsi, K.Rəhimov küçəsi-hər iki istiqamət, Z.Əliyeva küçəsi, Y.Səfərov küçəsi-H.Əliyev prospekti istiqaməti, Ü.Hacıbəyov küçəsi, H.Əliyev prospekti əsas yol "Koroğlu" m/st-sı istiqaməti, M.Hadi küçəsi "Əhmədli" m/st-sı istiqaməti, Z.Bünyadov prospekti hər iki istiqamət, A.Salamzadə küçəsi hər iki istiqamət, R.Behbudov küçəsi, Tbilisi prospekti hər iki istiqamət, Binəqədi şossesi-Binəqədi istiqaməti və Azneft dairəsidir.

Məlumat üçün qeyd edim ki, yollardalı sıxlıq müxtəlif istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir.

скачать dle 12.1

Şərhlər