SON DƏQİQƏ
» » Erməni lobbisi öz kirli pulları hesabına terroru satın alır

Erməni lobbisi öz kirli pulları hesabına terroru satın alır

Tarix:

29-10-2020, 21:36

/ 5 184 dəfə oxundu.
Erməni lobbisi öz kirli pulları hesabına terroru satın alır

Ümumiyyətlə Ermənistan razılaşmaları hər zaman pozan tərəf kimi tarixin yaddaşına həkk olunub. Ermənistanın 32 il ərzində həyata keçirmiş olduğu işğalçı və vandalizm siyasəti və faşist təxəyyülünə sahib olan idarəetmə mexanizması, Ermənistanın hər zaman Azərbaycanın sülhməramlı və xoşniyyətli imkanlarından sui-istifadə etməsinə təkan verən amillər kimi qeyd etmək lazımdır. Bu baxımdan 27 sentyabrda başladığımız hərbi əməliyyatlar və əks-hərbi əməliyyatlar çərçivəsində düşmənin Azərbaycanın tarixi və əbədi torpaqlarından geri çəkilməsi ilə bağlı Azərbaycan ordusunun həyata keçirmiş olduğu uğurlu əməliyyatlar Ermənistan ordusunu və onun Dağlıq Qarabağdakı tör-töküntlərini darmadağın etməklə bərabər, onların vandalizm siyasətinə yenidən əl atmalarına da şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də xüsusilə vurğuladığı kimi cəbhədə, döyüş meydanında mərd-mərdanə müzəffər Azərbaycan Ordusu ilə döyüşməkdən çəkinərək və dəfələrlə itki verərək geri çəkildikləri üçün onlar öz intiqamlarını şərəfsiz və hiylə nəticəsində çox təəssüflər olsun ki, bizim mülki vətəndaşlarımızdan almaqla bağlı ən iyrənc metodlardan birini seçiblər: "Beynəlxalq hüquq normalarına, eyni zamanda beynəlxalq hərbi cinayətlərin bütün müddəalarına baxdığımız zaman bu gün Ermənistan hakimiyyəti başda Paşinyan olmaqla və onun tör-töküntülərdən ibarət olan idarəetməsi və s. hər birisinin əlləri Azərbaycanın mülki vətəndaşlarının qanına batıb. Ona görə də biz əminik ki, bütün baş verən bu hadisələr mütləq şəkildə Prezidentimizin də vurğuladığı kimi hər bir savaşın sonu bir sülh müqaviləsi ilə nəticələnir. Amma o sülh müqaviləsi alçaldıcı yox, uğurlu, Azərbaycanın ərazi bütövlüyünü tam təmin edən müzəffər Azərbaycan Ordusunun və Azərbaycan xalqının qüdrətini və rəşadətini dünyaya isbat edən bir sülh müqaviləsi olmalıdır. Ona görə də bu gün atılan bütün addımlar bu istiqamətdə davam etməkdədir. Ölkəmizin həm xarici siyasətində həyata keçirmiş olduğu strategiya, həm beynəlxalq media blokadasının yarılması ilə bağlı atdığı mühüm addımlar, həm də cəbhədə güclü şəkildə dövlətimizin müzəffər, rəşadətli Azərbaycan Ordusunun həyata keçirmiş olduğu Vətən müharibəsinin hər biri bir-biri ilə həmahəng təşkil etməkdədir. Qarabağ cənab Prezidentin də vurğuladığı kimi bizimdir.
Ermənistan dövləti dinc şəhərlərimizi ballistik raketlərlə atəşə məruz qoymaqla, sivil vətəndaşlarımızı hədəfə almaqla, uşaqlarımızı öldürməklə, insanlarımızı qətlə yetirməklə hətta müəyyən dairələr tərəfindən dəstəklər alsa belə, yenə də öz qanlı arzularına çata bilməyəcək. Çünki haqq, ədalət, deyərdim ki, İlahi ədalət bizim - Azərbaycan dövlətinin, Azərbaycan xalqının yanındadır. Ali Baş Komandan cənab İlham Əliyevin xalqa etdiyi müraciətdə vurğuladığı kimi bu gün bizim haqq səsimizə dəstək olanlar da, olmayanlar da hamısından xəbərdarıq və görürük. Bax, onda biz - qalib Azərbaycan xalqı və dövləti olaraq öz sözümüzü daha sərt və haqlı şəkildə deyəcəyik, terrorçu, işğalçı ölkəyə dəstək məqsədli davranışların da əlbəttə ki, hesabını soruşacağıq!
Məmmədova Esmira,
 311 saylı orta məktəbin direktoru

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ