SON DƏQİQƏ
» » Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü qoruyacaq

Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü qoruyacaq

Tarix:

12-10-2020, 09:13

/ 2 395 dəfə oxundu.
Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü qoruyacaq


Bütün döyüşlərdə olduğu kimi bu dəfə də cəsədlərin döyüş meydanından götürülməsi üçün humanitar atəşkəs prosesi tətbiq edilir. Bu, bütün döyüşlər üçün xarakter haldır. Mövcud proseslər məhz beynəlxalq humanitar hüququn normaları çərçivəsində həyata keçirilir.

Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.

Moskvada tərəflər arasında danışıqlardan bir qədər öncə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti təsadüfi deyildi. Ölkə başçısı bu mövzuda Azərbaycanın qəti fikrini ifadə etdi. O bildirdi ki, Azərbaycan öz ərazisinin bir qarış torpağını belə Ermənistanın tapdağı altında qoymayacaq, sonuna qədər davam edəcək. Bu fikir kifayət qədər açıqdır, ikimənalı heç bir məqam yoxdur. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.

Baxmayaraq ki, biz öz torpaqlarımızda döyüşürük, döyüş zamanı əldə edilən hərbi qənimətlər işğal hüququna görə bizim mülkiyyətimiz sayılır. Bu onu göstərir ki, Azərbaycan hərbi-siyasi üstünlüyə malikdir. Son dövrdə iki dövlət arasında müşahidə edilən müharibələrdə Ermənistan silahlı qüvvələrinin bu səviyyədə darmadağın edilməsi faktı qeydə alınmayıb. Bu da təbii ki, Azərbaycan Respublikasının hərbi-siyasi gücünü göstərir. Bunun ardınca Ermənistanda yuxarı hərbi elitasında baş verən dəyişikliklər də bunu sübut edir.

Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.

Bütün bu faktları nəzərə alaraq vasitəçilər bilməlidirlər ki, bu, Ermənistana verilən son şans idi. Vasitəçilər qətiyyətli addım atmalı və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidir. Əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər və bu dəfə isə Ermənistanı heç kim xilas edə bilməyəcək.

Məşədihüseynov Eyyub,

Neft Kəmərləri İdarəsi Abşeron İstehsalat bölümü-Böyük mühəndis


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ