SON DƏQİQƏ

Ermənistana son şans verildi- Misir mediası

Tarix:

10-10-2020, 18:50

/ 3 183 dəfə oxundu.
Ermənistana son şans verildi- Misir mediası

Misirin "Almasryalyoum” nəşrində "Azərbaycan Prezidenti: Ermənistanın bizim torpaqları tərk etmək üçün son şansı var” sərlövhəli məqalə dərc olunub.

Jurnalist Xalid Əl-Şəminin müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da xalqa müraciətindən sitatlar yer alıb.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması üçün düşmənin son şansı olduğunu vurğulayan Azərbaycan Prezidenti Azərbaycan Ordusunun Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndini də azad etdiyini bildirib. Vurğulayıb ki, münaqişənin hərbi yolla həllinin olmadığı barədə bəyanatlar da doğru deyil və Azərbaycan Ordusunun cəbhədə böyük uğurları düşməni torpaqlarımızdan çıxmağa məcbur edəcək.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı status-kvo deyilən anlayışın olmadığını, döyüş meydanında 30 ildir ermənilərin qurduğu təmas xəttinin yarıldığını, Azərbaycan xalqının tarixi qələbə çaldığını bəyan edib. Prezident İlham Əliyev bir daha Qarabağın Azərbaycanın olduğunu vurğulayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ