SON DƏQİQƏ
» » Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Tarix:

28-09-2020, 09:38

/ 4 575 dəfə oxundu.
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Bu barədə GunAz.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ