SON DƏQİQƏ

Erməni faşizmi layiq olduğu cəzanı almalıdır

Tarix:

17-10-2020, 08:22

/ 4 461 dəfə oxundu.
Erməni faşizmi layiq olduğu cəzanı almalıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici televiziya kanallarına verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyur. Ölkə rəhbəri nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daimi olaraq Azərbaycanın işğala məruz qaldığını, təcavüzkarlar haqqında lazımi tədbir görülmədiyini, bir milyondan artıq əhalinin uzun illər əzab-əziyyət içərisində, doğma od-ocaq, yurd həsrətində yaşadığını ifadə edir və xalqımızın haqlı tələbini bütün dünyaya çatdırır.

Ancaq nədənsə beynəlxalq aləm, dünya ictimaiyyəti susur. BMT Təhlükəsizlik Şurasının işğalçı silahlı birləşmələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxması barədə dörd qətnaməsi, bir çox mötəbər beynəlxalq təşkilatların qərarları, tapşırıqları icra olunmur və bunun nəticəsində erməni faşistləri daha da azğınlaşırlar, yeni qətllər, təxribatlar törədir, atəşkəsi müntəzəm pozaraq mülki əhaliyə ciddi ziyan vururlar. Ermənistanın siyasi-hərbi rəhbərliyi, baş nazir Nikol Paşinyan başda olmaqla heç cür danışıqlara gəlmirlər, çağırışlara əməl etmirlər, beynəlxalq normalara məhəl qoymurlar, əksinə yeni torpaqlar işğal etmək niyyəti ilə silahlanırlar, ərazilərimizdə məskunlaşdırma siyasəti aparırlar, terrorçu qruplar yerləşdirir, sərhədlərimizə hücum edirlər.

Əlbəttə, belə olan halda Azərbaycan xalqı öz səsini ucaltmalı, şanlı ordumuz öz sözünü deməli, biz haqqımızı tələb etməli, tarixi ədalət bərpa olunmalıdır. Cənab Prezident İlham Əliyev ordumuzun zəfər yürüşünü, bir çox şəhər və kəndlərimizin işğaldan azad olunmasını, düşmənə ağır zərbələr endirilməsini qeyd etməklə bərabər, bir daha münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirir. Ermənistan silahlı birləşmələrinin işğal altında olan torpaqlardan çıxdıqdan sonra sülhə gəlməyin vacibliyini qeyd edir. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan ərazilərində yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onların təhlükəsizliyi hər vasitə ilə təmin ediləcək, dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcəkdir. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir.

Rəşad Abbasəliyev,

YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri


скачать dle 12.1

Şərhlər