SON DƏQİQƏ
» » Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir

Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir

Tarix:

14-10-2020, 12:30

/ 4 187 dəfə oxundu.
Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir

 

Sentyabrın 27-də Ermənistanın dinc Azərbaycan xalqına qarşı başladığı genişmiqyaslı hərbi təcavüzünə cavab olaraq güclü Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları hərb meydanında ardıcıl olaraq qələbələrlə yekunlaşır. Hər gün şanlıOrdumuzun cəbhədə əldə etdiyi uğurlar Azərbaycan vətəndaşı olaraq hər birimizi sevindirir. O da qeyd olunmalıdır ki, müharibə eyni zamanda informasiya cəbhəsində də gedir və informasiya sahəsində həyata keçirilən siyasət çox böyük əhəmiyyət daşıyır.

Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Mənfur düşmən isə xarici dəstək axtarır.Bu ölkə öyrəşib ki, ermənipərəst qüvvələr və islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir texnoloji imkanlar həqiqəti olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan başqa, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq. Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global” televiziya kanalına verdiyi müsahibə zamanı da vurğulamışdır ki, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın.

Yüksək texkini imkanlara malik olan əsgərlərimizin cəbhə xəttində göstərdiyi şücaətlər xalqın orduya inamını möhkəmlədir, bizi Böyük Qələbəyə yaxınlaşdırır. Son illər öz gücü və qüdrəti ilə dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini məsuliyyətlə icra etməyə qadirdir.

Ona görə erməni təcavüzü belə xalqın iradəsini sındırmır, onu yolundan çəkindirmir. Bugün xalqımız öz doğma torpaqlarına geri dönmək üçün gün sayır və o böyük gün çox yaxındadır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi "Qarabağ Azərbaycandır!"

 

 

Elmar Allahverdiyev,

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ