SON DƏQİQƏ
» » Çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir güşəsində dalğalanacaq

Çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir güşəsində dalğalanacaq

Tarix:

5-10-2020, 16:27

/ 3 810 dəfə oxundu.
Çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir güşəsində dalğalanacaq

Artıq 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqları uğrunda təcavüzkar siyasətini hər cür hüquqa zidd əməllərlə davam etdirir.

Baş vermiş son təxribatdan sonra Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatına başladı və bir sıra yüksəkliklər, yaşayış məntəqələri və kəndlər işğaldan azad olundu. Əks həmlə əməliyyatının başlamasının əsas səbəbi mülki əhalini qorumaq və ərazi bütövlüyümüzü təmin etməkdir. Hal-hazırda bütün cəbhə boyu ərazilərdə aparılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir sıra əraziləri işğaldan azad etməsi və döyüşlərdəki üstünlüyü tam ələ alması bir daha onu göstərir ki, Azərbaycan Ordusu düşməni darmadağın etmək iqtidarındadır. Azərbaycan Ordusunun bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Azərbaycan əsgərləri haqq yolundadır və öz doğma torpağında vuruşur. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərərək Vətən uğrunda şərəflə vuruşur və yeni tarix yazır. Hər bir şəhid də xalqın unudulmaz qəhrəmanıdır. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanındadır. Bugün Azərbaycan Ordusu düşmənə və bütünlükdə dünyaya öz əzəmətini və qətiyyətini yenidən nümayiş etdirir. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaq, çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir güşəsində dalğalanacaq!

Əhmədova Güllü,

5 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasının

baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ