SON DƏQİQƏ

Azərbaycanın şanlı tarixi yazılır

Tarix:

6-10-2020, 08:47

/ 3 265 dəfə oxundu.
Azərbaycanın şanlı tarixi yazılır

Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları Ermənistanın baş naziri Nikol Paşinyan və komandası üçün çox acınacaqlı bir vəziyyət yaradıb.

Ermənilərin "uğurlu müdafiə" təbliğatına baxmayaraq artıq Ermənistan cəmiyyətində müharibədə aldıqları ağır məğlubiyyətlər səbəbindən ciddi təşviş hiss edilməkdədir. Paşinyan müxtəlif yalan məlumatlar əsasında beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq işini dayandırması üçün bizə təzyiqlərin göstərilməsi istiqamətində var qüvvəsi ilə çalışır. "Rossiya ” telekanalının "60 dəqiqə" proqramında Ermənistanın baş nazirinin "təcavüzü və təcavüzkarı dayandırmaq və cəzalandırmaq" çağırışı isə erməni siyasi elitasının növbəti həyasızlığıdır. Əslində Paşinyanın bu çıxış zamanı irəli sürdüyü tezislər Azərbaycan Prezidentinin aydın və dəqiq, konkret hədəflərə yönəlmiş çıxışı ilə darmadağın edildi. Bunu bütün dünya gördü. Erməni baş nazirin aciz duruma düşdüyü hamı tərəfindən etiraf edilir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi biz öz torpaqlarımızda işğalçıya qarşı mübarizə aparırıq, dünya dövlətləri tərəfindən tanınan sərhədlərimizin bərpası üçün öz ərazimizdə işğalçıya qarşı vuruşuruq. Hər kəsə də aydındır ki, işğalçı, təcavüzkar dövlət Ermənistan, işğala məruz qalan isə Azərbaycandır. Bəli, işğalçı və təcavüzkar cəzalandırılmalıdır. Beynəlxalq ictimaiyyət də çox gözəl anlayır ki, təcavüzkarın ünvanı Bakı yox, İrəvandır. Lakin çox təəssüf ki, biz bəzən bunun əksini görürük. Fransa kimi Minsk Qrupunun həmsədri olan bir dövlətin başçısı açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyaraq işğalçıya dəstək verir. Lakin Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti öz Ali Baş Komandanıının yanındadır və ona inanır. Heç bir təzyiq bizi haqq işimizdən yayındıra bilməyəcək.

Əlbəttə bu torpaqda erməni faşistlərinə yer ola bilməz. Azərbaycan dövləti, xalqımız, Ali Baş Komandanımız beynəlxalq hüquq normalarına, sülhə, humanizmə, qəbul olunmuş qətnamə və qərarlara sadiq qalaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini 30 il gözlədi. Bu illər ərzində isə Ermənistan heç vaxt təcavüzdən, separatizmdən, işğalçılıq siyasətindən əl çəkmədi, bir daha yeni torpaqlar işğal etmək niyyətini həyata keçirməyə çalışdı. Atəşkəs rejimi daima pozuldu, dinc sakinlər öldürüldü, kəndlər dağıdıldı, hərbçilərimiz qətlə yetirildi. Eyni zamanda Ermənistan danışıqlar prosesini pozdu, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun və bir çox beynəlxalq təşkilatların qərarlarına heç bir məhəl qoymadı. Bəşəriyyətə, ali dəyərlərə, beynəlxalq hüquq normalarına hörmətsizlik etdi.
Ermənistanın baş naziri Paşinyan son illər nəinki dünyaya hörmətsizlik etdi, o xalqımızın hissiyyatı ilə oynadı, yeni torpaqlar işğal etmək eşqinə düşdü. Belə olan halda Azərbaycan öz sözünü deməli idi və bu gün Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə ordumuz öz sözünü deyir. Qələbə bizimdir!

Əliyeva Səbinə,

213 saylı tam orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ