SON DƏQİQƏ
» » Ermənistanın indiki hakimiyyətini Soros fondunun məhsulu hesab etmək olar

Ermənistanın indiki hakimiyyətini Soros fondunun məhsulu hesab etmək olar

Tarix:

2-10-2020, 15:46

/ 3 287 dəfə oxundu.
Ermənistanın indiki hakimiyyətini Soros fondunun məhsulu hesab etmək olar

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk günlərdən regionda sülhün başlıca tərəfdarı və insan hüquqlarının müdafiəçisi kimi dünya ictimaiyyətinın diqqətini erməni yalanlarının ifşa edilməsinə yönəltmişdir. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Ermənistan tərəfinin məzlum imic alması, özlərini dünyaya yazıq xalq olaraq göstərməsi bizi aldatmamalıdır, onlar, sadəcə, öz maraqları üçün hər cildə girməyi bacarırlar. Belə ki, yaxın keçmişə nəzər salsaq görərik ki, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə sülhün tərəfində olmasını bildirdi və əvvəlkilərdən fərqli olaraq münaqişənin tez bir zamanda həll edilməsi üçün sülh danışıqlarına başlayacağının anonsunu verdi. Ermənistan tərəfi Azərbaycanın müharibəni də, diplomatiyanı da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadiq qalaraq mərdcəsinə həyata keçirdiyini başa düşür.

Özü qərar qəbul edə bilməyən bir ölkə heç zaman müstəqil ola bilməz. Soros tərəfindən idarə olunan bir ölkənin müstəqilliyindən söhbət belə gedə bilməz. Hal-hazırki Paşinyan rejimi Sorosun məhsuludur. Bu gün Ermənistanda söz sahibi Paşinyanın hakimiyyət komandası Sorosdan, müxtəlif insan hüquqları təşkilatlarından formalaşıb. Ona görə də təəccüblü və təsadüfi hal deyil ki, onlar bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Avropa Şurası, Ermənistan üzrə məruzəçilər, "Freedom House”, "Human Rights Watch”, "Amnesty International” Sorosa görə susur. Çünki Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorlarından biridir.

Ermənistan və onun havadarları bir daha başa düşməlidir ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də qazandığı uğurlar, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə də qələbənin əldə edilməsini şərtləndirir. Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar.

Süleymanova Tamara, 192 saylı uşaq bağçasının direktoru

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ