SON DƏQİQƏ
» » Azərbaycan öz torpaqlarının azadlığı uğrunda döyüşür

Azərbaycan öz torpaqlarının azadlığı uğrunda döyüşür

Tarix:

2-10-2020, 15:11

/ 3 379 dəfə oxundu.
Azərbaycan öz torpaqlarının azadlığı uğrunda döyüşür

Sentyabrın 29-da "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə aparıcıların suallarını cavablandıran Prezidentİlham Əliyev ermənilərin informasiya məkanında genişmiqyaslı təxribatını büsbütün darmadağın etdi. Ölkəmizin başçısı Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərimizin şiddətli artilleriya atəşinə məruz qaldığını, bunun davamı olaraq bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakininin, o cümlədən 2 azyaşlının həlak olduğunu bildirib.

Ali Baş Komandanımız bu müharibəninişğalın, erməni təxribatlarının, dinc əhaliyə erməni təcavüzünün nəticəsi olduğunu,Azərbaycan tərəfinin məcburən bu addımları atdığını sözlərinə əlavə edib. Əslində Ermənistan rəhbərliyi bu cür təxribatlarla ölkə əhalisinin diqqətini hökumətin yarıtmaz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışır. Ermənistanda Nikol Paşinyanın diktatura hökuməti işğalçı siyasəti davam etdirmək və genişləndirməklə təkcə Ermənistanın vəziyyətini daha da çətinləşdirmir, həm də bütün regionda sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Azərbaycan hərbçiləri sentyabrın 27-dən başlayan döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirirlər. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi obyektləri və döyüş texnikaları məhv edilib. Həm iyul hadisələri, həm də son bir neçə gündə baş verənlər səbrə, dözümə artıq yer qalmadığını göstərdi, müharibədən başqa yolumuzun olmadığını ortaya qoydu. Bunu biz istəmirdik, bunu Ermənistan, onun havadarları istəyirdi və istədiklərini də aldılar, alacaqlar. Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək.

Ordumuzla, igid oğullarımızla qürur duyuruq! Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün torpaqlarımızı işğaldan azad edəcəyik!

 Nailə Nəsirova, Zabrat Bələdiyyəsinin sədri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ