SON DƏQİQƏ
» » Azərbaycan xalqı öz Ali Baş Komandanının yanındadır və ona inanır

Azərbaycan xalqı öz Ali Baş Komandanının yanındadır və ona inanır

Tarix:

6-10-2020, 08:32

/ 2 391 dəfə oxundu.
Azərbaycan xalqı öz Ali Baş Komandanının yanındadır və ona inanır


 

Bugün böyük fəxrlə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü, qüdrətli Ordusu vardır. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ordumuzun daha da qüvvətlənməsi istiqamətində misilsiz xidmətlər göstərir.

İşğalçı dövlət təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesini uzadır. Son təxribatları Ermənistanın yeni ərazilər naminə müharibəyə hazırlaşdığını ortaya qoysa da, dünya susdu. Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək suveren hüququmuzdur.

Bu gün xalqımız tarixi günlərini yaşayır. Cəbhə bölgələrindən gələn xoş, sevindirici qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır. Xalqımız orduya dəstəyini müxtəlif formalarda ifadə edir. Xaricdə yaşayan azərbaycanlılarınkeçirdikləri yürüşlərə, aksiyalara Türkiyə diaspor təşkilatları da qatılaraq Azərbaycanın haqq səsinin bir daha dünya ictimaiyyətinə çatdırılmasına öz dəstəklərini göstərirlər.

Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və yaradıb. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpaqlarımızı işğal altında saxlayaraq bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıtmışdır.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni əzm, yekdillik və böyük ideal qovuşdurur. Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq!

Quliyev Yasin,

71 saylı tam orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ