SON DƏQİQƏ

Fransa soyqırımı törətmiş bir ölkədir

Tarix:

3-10-2020, 10:07

/ 2 622 dəfə oxundu.
Fransa soyqırımı törətmiş bir ölkədir

Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbuledilməzdir. Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. Həmsədrlik institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir. Fransa Prezidentinin münaqişənin həllinə yönəlik səylər göstərmək əvəzinə işğalçı dövlətin mövqeyini müdafiə edərək birtərəfli ədalətsiz mövqe sərgiləməsi, absurd bəyanatlar səsləndirməsi birmənalı şəkildə qəbuledilməzdir.

Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə baş-başa zidd olan mövqedə dayanması təəssüf doğurur. Bu cür bəyanatlar və mövqe nəinki sülh prosesini ləngidir, eyni zamanda regionda sülhə real təhlükədir. Ona görə də Fransa Prezidenti öz bəyanatlarında diqqətli olmalı və beynəlxalq hüququn prinsiplərinə hörmət nümayiş etdirməlidir. Ermənistan hökumətinin mövqeyini dəstəkləmək niyyəti ilə səsləndirilmiş absurd və saxta faktlarla dolu bəyanatları pisləyirik və Fransa hökumətini bu cür yanaşma və bəyanatlardan çəkinməyə çağırırıq. Prezident E.Makronun öz həqiqətini reallıq kimi göstərməsi Fransa hökumətinin nüfuzunu zədələyir, münaqişənin həllində obyektiv mövqe tutacağını ən azından sual altına qoyur.

Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırım həyata keçirilmişdir. Afrikanın ucsuz-bucaqsız çöllərindən qovulmuş Fransa müstəmləkəçiləri bu gün Yaxın Şərqdə Səlib yürüşünə başlayıb. Bu səlib yürüşünün qarşısında isə əzəmətli Türkiyə var. Bu gün Paris bütün resurslarını Türkiyəyə qarşı yönəldib.

Azərbaycan öz haqq işi uğrunda müharibə aparır. Azərbaycan öz müqəddəs torpaqlarını havadarlarının kimlərin olmasından aslı olmayaraq mənfur ermənilərdən azad edəcəkdir!

Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ