SON DƏQİQƏ
» » Vətən müharibəsinin 5 gününün uğurlu nəticələri və gözləntilərimi

Vətən müharibəsinin 5 gününün uğurlu nəticələri və gözləntilərimi

Tarix:

3-10-2020, 09:40

/ 2 615 dəfə oxundu.
Vətən müharibəsinin 5 gününün uğurlu nəticələri və gözləntilərimi

Təcavüzkar, insan qatili, faşist Ermənistanın sentyabrın 27-də Azərbaycanərazisinə növbəti dəfə vəhşicəsinə təcavüzünə qarşı Azərbaycanın şanlı ordusunun sarsıdıcı cavab tədbirləri ilə başlayan VƏTƏN MÜHARİBƏSİNİN 5 günü arxada qaldı. Ötən beş gün qururverici bəzi ilkin nətcələr çıxarmağa imkan verir.

Birinci, heç vaxt işğalla barışmayan və torpaqlarımızın azad ediləcəyinə inamını itirməyən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın mənfur, faşit, insan qatili olan ermənilərdən təmizlənməsi əmrini böyük ruh yüksəkliyi ilə qarşılamış və Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşdiyini və bu birliyin sarsılmaz olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir. İkinci, siyasi mövqeyindən, qarşısına qoyduğu məqsədlərdən və onlara çatmaq üçün seçdiyi mübarizə yollarından asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya bütün fikir ayrılıqlarını kənara ataraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi geniş miqyaslı terror təxribatının qarşısının alınması məqsədi ilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini vəonun yanında olduqlarını bəyan etmişlər. Bu bir daha sübut etmişdir ki, söhbət vətənimizn azadlığı, süverenliyindən gedirsə bu zaman baş verən proseslərə iqtidar-müxalifət yanaşması ola bilməz və olmayacaqdır! Üçüncü, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətədaşlarımızın (3-5 nəfər istisna olmaqla) ərazi bütövlüyümüzün bərpası istiqamətində həyata keçirilən tədbirləri yekdilliklə dəstəkləmələri, müxtəlif millətlərdən olan qəhrəman əsgər və zabitlərimizin torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla vuruşmaları və bu yolda canlarından belə keçməyə hazır olmaları, dünyaya, Azərbaycanı qarışdırmağa çalışan quzğunlara bir daha göstərdi ki, Azərbaycan burada yaşayan bütün xalqların, millətlərin doğma vətənidir, burada seperatçılığa yer yoxdur və olmayacaqdır!

Dördüncü, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı azadlıq mübarizəsi "kimin kim olduğunu", kimin bizim həqiqi dostumuz, kimin real düşmənimiz olduğunu, kimin seyrçi mövqe tutduğunu, kimin "paqonunu şəraitə uuğun olaraq çiyninə qoyduğunu", bəzilərinin açıq-aşkar riyakar hərəkətlərini əyani şəkildə göstərdi. Hesab edirk ki, ərazi bütövlüyümüz tam bərpa ediləndən sonra Azərbaycanın xarici siyasəti bu nuyansları nəzərə almalıdır. Beşinci, müsəlman dövlətlərinin mütləq əksəriyyətinin susqunluğu, bəzilərinin Ermənistanı dəstəkləməsi, hətta ona hərbi-iqtisadi yardım göstərməsi, bəzilərinin açıq-aydın türk düşmənçiliyi açıq şəkildə bəyan oldu və təəsüf doğurur. Özlərini müstəqil türk dövləti adlandıran və bizim qardaş hesab etdiyimiz Qazaxsatanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, xüsusilə də özünü "türklərin ağsaqqalı" tituluna calayan və faktiki olaraq Qazaxstana rəbərlik edən Nazarbayevin susqunluğu (əslində erməniğliyə xidmət edən mövqeyi) məyusluq döğurur. Lap tutaq ki, bu qardaş saydığımız dövlətlərin hələ də rus təsirindən qurtara bilməyən rəhbərləri nədəsə ehtiyat edirlər. Bəs bu dövlətlərin qardaş xalqları niyə susurlar? Azərbaycanın onların heç bir yadımına ehtiyacı yoxdur! Gözləntilərimiz yalnız haqqın tərfində olmalarıdır! Altıncı və ən əsası. Biz qəhrəman ordumuzun tezliklə torpaqlarımızı işğaldan azad edəcəyinə, ərazi bütövlüyümüzü təmin edəcəyinə tam inanırıq! QƏLƏBƏ BİZİMDİR, BİZİM OLACAQ!

Gözləntilərimiz... Biz tam qələbmizdən, ərazi bütövlüyümüzü tam təmin etdikdən sonra da:

-ölkəmizdə bu günələrdə əldə etdiyimiz, demokratik, sivil cəmiyyətə yaraşan iqtidar-müxalifət münasibətlərinin qorunub saxlanacağını, siyasi mübarizənin yalnız qanunlar çərçivəsində, sivil qaydada aparılacağını;

- bu çətin günlərdə yanımızda olan dost dövlətlərlə, xüsusilə Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna, Gürgüstan ilə daha sıx münasibətlərin qurulacağını;

- yanlış münasibətlərinə baxmayaraq müstəqil türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi üçün dövlət səviyyəsində müvafiq tədbirlərin görüləcəyini;

-sözdə bir, reallıqda başqa siyasət yeridən riyakarlarla müvafiq davranış qaydalarının həyata keçiriləyini gözləyirik.

Biz, Azərbaycan xalqı olaraq şanlı ordumuza, müstəqil dövlətimizə inanırıq, daim onların yanındayıq və yanında olacğıq! Yaşasın azadlıqsevər müstəqil Azərbaycan!

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu


 


скачать dle 12.1

Şərhlər